İstifadəçi şərtləri

Nəzərinizə çatdıraq ki, müştərilər portalımızda qeydiyyatdan keçərkən yuxarıda qeyd edilən şəxsi məlumatlarını təqdim etməklə   “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə uyğun olaraq ona aid olan şəxsi məlumatların toplanmasına və istifadə olunmasına yazılı razılıq vermiş hesab edilir.

İlk olaraq qeyd etmək lazımdır ki, sayt istifadəçiləri portalda yer alan alət və məhsullar, eləcə də saytın fəaliyyəti barədə istənilən məlumatın məzmunu ilə sərbəst şəkildə tanış olmaq hüququna malikdir.

Bununla yanaşı, müştərilər onlayn kataloqdan məhsul sifariş verərkən onlardan tələb olunduğu kimi qeydiyyatdan keçməlidirlər. Bu zaman portala giriş üçün istifadə olunan şəxsi məlumatların təhlükəsizliyinə və üçüncü tərəf üçün əlçatan olmamasına xüsusi diqqət yetirmək lazımdır. Belə ki, şəxsi hesabınızın kənar şəxslər tərəfindən idarə və istifadə olunmasına yol vermək olmaz.

İstifadəçilər qeyd olunan bu tələblərə əməl etmədikdə yarana biləcək problemlərə görə tam məsuliyyət daşıyırlar.

Həmçinin istifadəçilər portalda qeyd olunan telefon nömrəsi, elektron poçt ünvanı və yaxud canlı çat vasitəsilə sayt əməkdaşları ilə əlaqə saxlaya və portalın fəaliyyəti ilə bağlı onları maraqlandıran bütün sualları verə bilərlər.