Onlayn platformamızdan istifadə edərək asanlıqla sifariş verə bilərsiniz. Ehtiyacınız olan məhsulu tapdığınız zaman onu səbətə əlavə edib, sistemə daxil olub sifariş prosesindən keçə bilərsiniz. Sifariş hazır olduqdan sonra e-poçtunuza sifariş qayməsi alacaqsınız. Sifariş qayməsi də hesabınızda saxlanılacaq.
Siz həmçinin əvvəllər etdiyiniz hər hansı bir sifarişdə “yenidən sifariş et” düyməsini sıxaraq asanlıqla yenidən sifariş verə bilərsiniz. “Yenidən sifariş et” düyməsini kliklədikdən sonra səbət açılacaq və siz miqdarları və ya məhsulları dəyişə bilərsiniz.
“Toolino” satışını həyata keçirdiyi məhsulları birbaşa olaraq istehsalçıdan tədarük edir və bütün məhsulları ehtiyat hissələri istisna olmaqla 6 aya qədər zəmanət ilə təmin edir. Korporativ (topdan) müştərilər üçün isə zəmanət şərtləri pərakəndə satışda olduğundan fərqlənir və bu barədə sifariş verilərkən əməkdaşlarımız tərəfindən ətraflı məlumat verilir.
Portalımız müştərilərinə rahat ödəniş şərtləri yaradaraq müxtəlif növ alətləri “BirKart” vasitəsilə hissə-hissə ödənişlə almaq imkanı verir. Kreditlə ödəniş şərtləri yalnızca pərakəndə satış üçün keçərlidir və korporativ (topdan) müştərilərə şamil edilmir.
“Toolino” müştərilərini çatdırılma xidməti ilə də təmin edir. Üstəlik, portalımızdan 100 AZN-dən yuxarı məhsul sifariş etdikdə çatdırılma ödənişsiz olaraq edilir. 100 AZN-dən aşağı sifarişlərdə isə çatdırılma xidmətinin dəyəri 10 AZN təşkil edir. Ümumilikdə isə çatdırılma 3 iş günü ərzində həyata keçirilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, korporativ müştərilər üçün çatdırılma şərtəri müxtəlifdir və bu barədə satış prosesi zamanı onlara ətraflı məlumat təqdim edilir.
“Toolino” olaraq çatdırılma xidmətimiz nəinki paytaxt Bakını, eləcə də ölkəmizin digər şəhər və bölgələrini də əhatə edir. Bu zaman da 100 AZN-dən yuxarı məhsul sifariş etdikdə çatdırılma ödənişsiz olaraq həyata keçirilir, 100 AZN-dən aşağı sifarişlərdə isə çatdırılmanın dəyəri 10 AZN təşkil edir. Lakin ölkəmizin paytaxtdan kənar ərazilərinə və bölgələrinə çatdırılma edərkən əldə etdiyiniz məhsul birbaşa olaraq ünvana deyil, həmin bölgənin mərkəzinə, avtovağzala edilir. Beləliklə, qeyd olunan ərazilərə gələrək sifarişinizi təhvil ala bilərsiniz.
Korporativ müştərilərimiz saytda qeyd olunan 050 5896600 nömrəsi ilə əlaqə saxlamalıdır. Bu zaman onlar müvafiq korporativ şöbəyə yönəldiləcək. Bununla yanaşı, [email protected] email ünvanımıza yazaraq növbəti addımlar barədə məlumat əldə edə bilərsiniz.
Bizimlə əlaqə saxladıqdan sonra korporativ müştərilər portalımızda xüsusi hesab (account) ilə təmin edilir. Sözügedən bu hesab vasitəsilə isə sifarişlərinizi çox rahat şəkildə vermək mümkündür. Belə ki, sifariş verildikdən dərhal sonra əməkdaşlarımız sizinlə əlaqə saxlayaraq məhsulun çatdırılacağı ünvanı dəqiqləşdirir, sifarişin hazırlanma müddəti və s. bu kimi məsələlər barədə ətraflı məlumat verir.
Bizimlə əlaqə saxlamaq üçün ilk növbədə portalımızın sağ aşağı küncündə yer alan canlı çatdan istifadə edə bilərsiniz. Bununla yanaşı, saytımızda qeyd olunan nömrə - 050 5896600 ilə əlaqə saxlaya, eləcə də “WhatsApp” mesenceri vasitəsilə bizə yaza bilərsiniz.