Müştərilərimiz “Toolino”dan əldə etdiyi alətlərdə hər hansı istehsal xətası, sınıq, çat, deformasiya aşkar edərsə məhsulu qablaşdırmanı zədələməmək şərti ilə ilk alınan formada 14 gün ərzində geri qaytara bilərlər. Bu zaman məhsulun alışını sübut edən qəbzin təqdim edilməsi mütləqdir.
Müştərinin seçimindən asılı olaraq sözügedən alətin təmiri mümkündürsə təmir edilir, əks halda isə digər alət ilə dəyişdirilir. Qeyd olunan bu qaydalar alətlərin ehtiyat hissələrinə şamil edilmir.