“Toolino” brendi Azərbaycanın satış bazarında aparıcı şirkətlərdən biridir və portalımız müxtəlif növ elektrik və qeyri-elektrik, bağçılıq və əl alətlərinin, generatorların və bu qəbildən çox sayda məhsulların satışını həyata keçirən unikal kataloq rolunu oynayır.
İlk olaraq qeyd etmək lazımdır, şirkətimiz öz fəaliyyətinə qısa zaman ərzində yeni brend altında başlasa da, yuxarıda qeyd edilən və daha çox məhsulların korporativ (topdan) və pərakəndə satışı istiqamətində zəngin təcrübəyə malikdir.
Aydındır ki, daim inkişaf etməkdə olan dünya və yerli satış bazarı yeni yanaşma və həll yolları tələb edir. Portalımız məhz bu tələblər rəhbər tutularaq və satış sahəsində uzunillik təcrübəmizə əsaslanaraq tərtib edilmişdir.
Xüsusilə vurğulamaq lazımdır ki, “Toolino”nun satışını həyata keçirdiyi geniş çeşiddə alətlər öz keyfiyyəti və işləkliyi baxımında həm fərdi müştərilər, həm də sözügedən bu alətlərin satışı ilə məşğul olan mağazaların istək və tələblərinə yüksək səviyyədə cavab vermək iqtidarındadır.
Bununla yanaşı, şirkətimizin təklif etdiyi məhsullar geniş çeşiddə birbaşa istehsalçıdan tədarük olunur və hər bir məhsul ehtiyat hissələri ilə təmin edilir. Bunun da sayəsində satışını həyata keçirdiyimiz məhsulların keyfiyyətinə tam zəmanət veririk.
Kataloqumuzda yer alan hər hansı məhsulu əldə etmək arzusunda olan müştərilərimiz portala daxil olaraq onları maraqlandıran bütün suallara cavab tapa bilərlər. Belə ki, burada bütün məhsul kateqoriyaları barədə ətraflı məlumat qeyd olunub.
Bununla yanaşı, müştərilərimiz portalımıza daxil olaraq canlı çat, eləcə də “WhatsApp” mesenceri və saytımızda qeyd olunan nömrələr vasitəsilə bizimlə əlaqə saxlayaraq istənilən məlumatı əldə etmək imkanına sahibdir.
Biz sahib olduğumuz geniş imkanlar sayəsində ölkənin satış bazarında müştərilərimizin ən etibarlı, ən rahat xidmətlər təklif edən əsas tərəfdaşına çevrilmək niyyətindəyik. Eyni zamanda, ümumilikdə ölkəmizdə satış prosesinin optimallaşdırılması və bu sahədə yeni-yeni imkanların yaradılması istiqamətində öz səylərimizi də davam etdirmək arzusundayıq. Bununla yanaşı, daim dəyişməkdə və inkişaf etməkdə olan satış bazarında yeniliklərə imza ataraq fəalliyyətimizin əhatə dairəsini daha da genişləndirmək əzmindəyik.
Şirkət olaraq missiyamız alıcıları onlayn kataloqumuz vasitəsilə satış bazarında ən optimal, orijinal və keyfiyyətli məhsullarla, eləcə də sürətli çatdırılma xidmətləri ilə təmin etməkdir. Bununla yanaşı, alıcıların məhsulları ən sərfəli şərtlərlə əldə etməsinə nail olmaq, onları minimal qiymətlərlə maksimum keyfiyyət və geniş çeşidlə təmin etmək də əsas hədəflərimizdən biridir.
“Portalımızı satış sahəsində uzunillik təcrübəmizə əsaslanaraq dəyərli alıcılarımızın maksimum rahatlığı üçün yaratdıq. Sözsüz ki, bu uğurlarla yetinməyərək satış sahəsində daha yüksək zirvələri fəth etməyi hədəfləyirik”.
Şirkətimizin amalı müştərilərimizin alıcılıq qabiliyyətinə hörmətlə yanaşaraq, süni qiymət artımına getmədən onları ən optimal satış qiymətləri, sərfəli xidmətlər və eyni zamanda ən keyfiyyətli məhsullarla təmin etməkdir.